Bu gündən Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başlayıb
Bu gündən Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib.
Mynews.az xəbər verir ki,bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.
Bildirilib ki, sənədlərin qəbulu fevralın 12-dən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Ziyarət üçün tələb olunan sənədlər:
1.Ümumvətəndaş pasportu;
2.Şəxsiyyət vəsiqəsinin surəti;
3.3.5×4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4.Sağlamlıq haqqında arayış.
Xatırladaq ki, Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Cəmiyyət
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək...
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM
- Aytən Səfərova ağır qəzaya düşdü
- Azərbaycanda Ramazan bayramı qeyd olunur
- Xocalıda kütləvi məzarlıqda tapılan ər-arvadın qalıqları dəfn edilir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 1057 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 967 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 569 dəfə oxunub