Aytən Səfərova ağır qəzaya düşdü
Xəzər televiziyasının aparıcısı Aytən Səfərova yol qəzasına düşüb.
Mynews.az xəbər verir ki, bu barədə məlumatı “Report”a onun həmkarları təsdiq edib.
Bildirilib ki, hadisə paytaxtın Zığ şossesində Gənclik parkının yaxınlığında qeydə alınıb.
Belə ki, aparıcının idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili ilə toqquşub. Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb.
O, müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli "Report"a açıqlamasında bildirib ki, hadisə bu gün səhər saat 06.50 radələrində baş verib. Zığ şossesi ilə Sadıqcan küçəsinin birləşməsində iki “Hyundai” markalı minik avtomobili toqquşub: “Zərbənin təsiri nəticəsində avtomobillərdən biri aşıb və qarşıda dayanan "KİA Soul" markalı avtomobilə çırpılıb. Xəsarət alanlar var. Hazırda faktla bağlı araşdırma aparılır”.
Cəmiyyət
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək...
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM
- Aytən Səfərova ağır qəzaya düşdü
- Azərbaycanda Ramazan bayramı qeyd olunur
- Xocalıda kütləvi məzarlıqda tapılan ər-arvadın qalıqları dəfn edilir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 1048 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 958 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 557 dəfə oxunub