Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Həyata keçirilən islahatlar məmurların təşəbbüskarlığına müsbət təsir göstərəcək”

Böyük ingilis siyasətçisi və dövlət xadimi Uinston Çörçill demişdir: "Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”. Mən əvvəllərdə bu barədə fikrimi bildirmişəm ki, bizim Cənab Prezidentimiz bütün fəaliyyətində həmişə xalqın gələcək inkişafına uyğun fundamental siyasət həyata keçirərək, xalqın gələcək firavan həyatını nəzərə alan, təmin etməyə istiqamətlənən addımlar atır.

Bu baxımdan bir daha qeyd etmək istəyirəm ki, bizim Cənab Prezident dünyada nadir liderlər, nadir siyasətçilərə xas olan o keyfiyyətlərə malikdir ki, O xalqa həmişə açıqdır, xalqla birbaşa təmas qurmağı yaxşı bacarır. Bu, hər siyasətçiyə xas olan xüsusiyyət deyil. Bizim Prezidentimiz dəfələrlə ən ucqar bölgələrdə belə ictimaiyyətlə, xalqla görüşür və bu görüşlərin təsirli müsbət nəticələrini görürük.

Göründüyü kimi Cənab Prezident dönə-dönə eyni yerlərə səfərlər edir, xalqın nümayəndələri ilə görüşür, hər hansı bir layihənin istər regionların inkişafı, istərsə də digər sahələrlə bağlı olsun layihələrin icrasına başlayanda da, yekunlaşanda da açılışında iştirak edir. Bu proses xalqla birbaşa ünsiyyətini rəmzləşdirən əlamətlərdəndir. Prezidentin xalqla dialoqu çox asan və səmimi baş tutur ki, bu da xalqın Prezidentimizi özününkü hesab etməsinin nəticəsidir. Bu dialoqun da nəticəsi sözsüz ki, xalqın inkişafına və yaxud da xalqımızın gələcəyi üçün daha böyük layıhələrin həyata keçirilməsinə şərait yaradır.

Eyni zamanda Cənab Prezident o iqtidar xalq birliyindən güc alıb, ardıcıl xarici, daxili, sosial- iqtisadi siyasətini uğurla həyata keçirir və inkişaf etdirir. Prezident İlham Əliyev xalqa açıq olması, ictimaiyyətlə birbaşa dialoq qurmaq keyfiyyəti baxımından məmurları, siyasiləri qabaqlaya bilir. Cənab Prezidentimiz bu keyfiyyətlərinə görə həmişə öndədir. Çox təəssüf olsun ki, məmurların çoxunda yaradıcılıq, təşəbbüskarlıq imkanları məhduddur. Bizim məmurların çoxu o qədər də fəal deyil, əksinə onlar sırf icraçılıq funksiyasını yerinə yetirirlər. Bu da sözsüz ki, ümumi inkişafa tövhə vermir. Bu baxımdan əlbətdə ki, Azərbaycanda böyük yol infrastrukturları, böyük layihələr həyata keçirilir, ancaq ucqar bir bölgədə əgər bir hissə yaddan çıxıb qalıbsa bu yalnız yol infrastrukturuna cavabdeh olan məmurun günahı deyil eyni zamanda o sahəyə cavabdeh olan yerli icra hakimiyyətləri də mövcuddur.

Bir neçə il bundan öncə Azərbaycanda turizm ili elan olunmuş və bu sahədə böyük turizm infrastrukturu yaradılmışdır. Hazırda Azərbaycanda turizm sektorunda inkişaf davam etməkdədir. Birbaşa aidiyyatı olmasa da dolayısı ilə olsa da onlar təkliflə çıxış edə bilərdilər. Və yaxud da bu məsələdə təşəbbüslə yaradıcı layihələrlə çıxış etməli idilər. Sözsüz ki, bütün bu məsələlərdə Cənab Prezident çeviklik, təşəbbüskarlıq, islahatçılıq baxımından komandasından çox-çox irəlidədir. Yəni bu onun şəxsi keyfiyyətidir. Təbii ki, Cənab Prezident böyük şəxsiyyətdir, böyük dövlət xadimidir, böyük liderdi və sözsüz ki, hər bir kəsin, hər bir məmurun liderlə ayaqlaşa bilməsi çətin məsələdir. Məmurların da bu sahədə geri qalması təbiidir. Arzulayırıq ki, Cənab Prezidentin komandasında təmsil olunan məmurlar da Prezidentin iqtidar komandasının çevikliyinə adekvat olsunlar. Aparılan islahatların da nəticəsində o proseslərin də şahidi olacağıq. Buna da bir az vaxt zaman lazımdır. Çünki, islahatlar həm hüquqi, həm də kadrlar sahəsində həyata keçirilir, həm də insanların şüurunda, təfəkküründə islahatlar həyata keçirilir. Bunun üçün də zaman lazımdır. İnsanlarda zəmanə ilə dövrün tələbinin uyğunlaşması üçün intelleklərdə də islahatlar gedir. Çünki, bu islahatlar onlara da təsir edir. Məmurlar da Azərbaycan Prespublikasının Prezidenti İlham Əliyevdən nümunə götürməlidirlər. Hərəsi öz sahəsində xalqımızın inkişafı naminə təşəbbüskarlıq göstərməli, yaradıcı təkliflərlə çıxışlar etməlidir. Ancaq bir çox hallarda bunu görmürük və yaxud da ki, bunun ümumi prosesdən geri qaldığının şahidi oluruq.

Güman edirəm ki, Cənab Prezidentin ardıcıl olaraq həyata keçirdiyi struktur islahatları, kadr islahatları, məmurların, insanların şüurunda, düşüncəsində, milli məsələlərə yanaşma tərzində, milli-dövlətçilik məsuliyyətində də intellektual inkişaf baxımından müsbət dəyişikliyə səbəb olacaqdır.

Azər Ələşrəfov,

“Resurs” Analitik İnformasiya Mərkəzinin eksperti

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...