Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ

Mayın 2-də Bakıda və Abşeron yarımadasında Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. ETSN-dən Mynews.az-a verilən məlumata görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Bəzi yerlərdə zəif duman olacağı gpzələnilir.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 20-25°, yarımadanın bəzi yerlərində 28° isti, Bakıda gecə 12-14° isti, gündüz 23-25° isti olacaq.Sabah Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olaq. Gecə və səhər bəzi yerlərdə duman, lakin gündüz bəzi şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Sabahkı havayla bağlı Xəbərdarlıq:Mayın 02-si axşam qərb rayonlarından başlayaraq 05-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...