Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hava proqnozu açıqlandı - 30 dərəcə isti olacaq

Mayın 29-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Mynews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, yarımadada havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz  21-26° isti olacağı gözlənilir.

Bakıda gecə  14-16° isti, gündüz  23-25° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.   Nisbi rütubət  gecə 70-80 %, gündüz  55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Səhər  və gündüz bəzi yerlərdə şimşək çaxacağı,  yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz  25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 14-19° isti olacağı gözlənilir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...