Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

FHN XƏBƏRDARLIQ edir - Hava yenidən pisləşəcək

Rusiya Fövqəladə Hallar Nazirliyi Moskvada hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar xəbərdarlıq edib.

Nazirlikdən Mynews.az-a bildirilib ki, iyunun 1-nə keçən gecə paytaxtda küləyin sürəti saniyədə 24 metrə çata bilər.

Həmçinin xilasedicilər elektrikötürücü xətlərin və ağacların aşması təhlükəsi barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, mayın 29-da Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib. Güclü qasırğa nəticəsində həlak olanların sayı 16-ya çatıb, təqribən 150 nəfər xəsarət alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...