Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bürclər 2017-ci ilə nə vəd edir?

Qırmızı xoruz bütün bürclərə bol sevgi gətirməlidir

Bir neçə gündən sonra 2017-ci il başlayacaq. Qırmızı xoruz üzərində təhvil olacaq yeni il bürclərə nə vəd edir?

QOÇ

Həyatınızın prioritetlərini müəyyən etməli, şəxsi həyatınızdakı səhvləri bir-bir düzəltməlisiniz. Müəyyən edin - sevdiyiniz kimdir, yoldaşınız kim... Qırmızı xoruz ili qoçlara macərəlar və ailə həyatı ilə bağlı vacib qərarlar vəd edir. Bu il onlar elə romantik anlar yaşaya bilərlər ki, işi, ailəni, hər şeyi unuda bilərlər. Unutmayın qırmızı xoruz xəyanətləri bağışlamır. Hisslərinizə nəzarət edin. Yersiz qəzəb və ya istək baha başa gələ bilər. Özünüzü cilovlayın. 

2017-ci il yarı olmayanlar, ailə qurmaq, uşaq sahibi olmaq istəyənlər üçün ideal ildir. Xüsusilə çoxdan bu barədə arzularınız varsa. 

Gəlir gətirəcəyini düşündüyünüz bütün işlərdə özünüzü sınayın. Daha uğurlu olanlara az paxıllıq edin. O zaman biznesdə uğur qazanmağınız daha rahat olacaq.

BUĞA

Bu il sevgidən bəxtiniz gətirəcək. Qayğısız və sevgi dolu bir il sizi gözləyir. Amma risklər də var. Başınızı itirməyin. Keçmişdə qalan münasibətlərinizi yenidən canlandırmağa çalışmayın. 

Maddi cəhətdən vəziyyətiniz yaxın olacaq. Kariyerada yüksəlişlər də gözlənilir. Risk etmək məsləhət deyil, iş tərəfdaşlarınızı çox ehtiyatla seçin. 

ƏKİZLƏR

Qırmızı Xoruz bu il bütün bürclər üçün bol sevgi vəd edir. Həmçinin əkizlərə. Bir az məqsədyönlü olun. Həyatınıza dair planlar qurmaqdan çəkinməyin. Xoşbəxtliyiniz elə gözlənilməz anda qarşınıza çıxa bilər ki... Subay əkizlərin ailə qurma şansı olduqca yüksəkdir. 

Uzun müddət münasibətdə olanlar isə yeni mərhələyə keçməlidirlər - münasibətlərinizi qanuniləşdirin, uşaq haqqında düşünün. 

Əlavə gəlir mənbəyi tapsanız yaxşı olar. Əgər məsələ bizneslə bağlıdırsa intiutsiyalarınıza az güvənin. 

 
 
 
 
 
 

XƏRÇƏNG

"Sevgi artıq olmur"- xərçənglərin 2017-ci il üçün əsas şüarıdır. Gələn il romantik anlarınız çox olacaq - ay işığında gəzinti, şam işıqlı süfrə, güllər, komplementlər və hədiyyələr. 

Ailəli xərçənglər gözünüz kənarda olmasın. Öz yarını tapan xərçənglər, qərar vermək zamanıdır. Əgər çox düşünsəniz, bu ziyanınıza ola bilər. 

Rəqiblərlə sərt mübarizə gözlənilir. Bu isə kariyera və maddi vəziyyətdə kardinal dəyişikliyə yol aça bilər. Xərçənglərə müdirlə və həmkarları ilə daha az mübahisə etmək məsləhət görülür. 

ŞİR

Şirlər gələn il sevgi münasibətləri ilə bağlı qərar verməyə tələsin. Əsas ürəyinizin dediklərinə qulaq verin. Unutmayın - sevgi məsələlərində hesab-kitab olmaz. Qısqanclıq və şübhələrdən əl çəkin. Sevdiyiniz şəxsə güvənin. Sizin sınaqlardan o çoxdan keçib. 

Yaradıcı ideyalar və orjinal fikirlərinizə bir az ara verin. Maliyyə sahəsində uğurlarınız ilin sonuna doğru artacaq. 

QIZ

Əsl sevgi 2017-ci ildə qızlardan da yan keçməyəcək. Uzun müddət səbriniz, inamınızın mükafatını alacaqsınız. Qızlar öz çatışmazlıqlarını yaxşı bilirlər - çox tələbkardırlar. Gələn il əsl xoşbəxtliyi tapmaq üçün az tənqid edin, görüşlərə daha çox önəm verin. 

Tənbəl olmayın. Pul məsələlərində ehtiyatlı olun. Əlinizə keçən hər şeyi almayın. 

 
 
 
 
 
 

TƏRƏZİ

Bu il bu bürc altında doğulanlar öz cazibələrindən maksimum faydalanacaqlar. Komplementlər eşitməyə indidən hazır olun. Romantik münasibətləriniz çoşğulu və rəngarəng olacaq. Ancaq ailəli şəxslərdən uzaq durun. Bu sizin üçün pis nəticələnə bilər. 

Maliyyə stabilliyini qorumaq üçün xərclərinizə nəzarət edin. Yeni vəzifə və şəxsi biznes sizə yüksəlməyə kömək edə bilər. Perespektivli layihələr ola bilər. 

ƏQRƏB

Sizə qarşı olan münasibətlər beyninizi bulandırmasın. Diqqətli olsanız ömürlük xoşbəxtliyinizi tapa bilərsiniz. Səhv hərəkət isə bir neçə günlük münasibətlə nəticələnə bilər. Çoxdan gözlədiyiniz sevgini tapdığınıza əmin olanda utanmayın. Hisslərinizi etiraf edin. Onlar qarşılığını alacaq. 

Əgər tapşırıqların öhdəsindən tez və enerjili gəlsəniz yaxşı mükafat ala bilərsiniz. Yeni vəzifə üçün bütün imkanlarınız var. 

OXATAN

Toya hazırlaşın. Amma öz xarakterinizi yaxşı bilirsiniz. Əsəblərinizə sahib çıxın. Təyziq etməkdən çəkinin. Münasibətlərinizə bir az romantika, praqmatiklik əlavə edin. Ailədə artım istisna edilmir. 

Sərfəli təkliflər və maliyyə gəlirləri ilə bol ola bilər. Hətta miras məsələsi belə sizin xeyrinizə mümkündür. 

 
 
 
 
 
 

OĞLAQ

Bu bürc altında doğulan artıq yanlızlıqdan beziblər. İndi onları əsas maraqlandıran ailə, uşaqlar, isti yuvadır. Bunun üçün isə komplekslərdən əl çəkin, özünüzə inanın. Nəticəni tezliklə görəcəksiniz. 

2017-ci il öz işini açmaq üçün yaxşı zamandır. Pulsuz qalmaqdan qorxmayın. İş üçün qoyduğunuz sərmayə özünüzə artıqlaması ilə qayıdacaq. 

DOLÇA

İmicinizi dəyişin, qarderobu yeniləyin. Saç düzümü ilə eksprement etməkdən çəkinməyin. Yanınızda sizi sevənləri görün. Çoxdan arzusunda olduğunuz şəxs də onların arasında ola bilər. 

Ətrafınızda rəqibləriniz çoxdur. Amma bu sizə maliyyə sahəsində istədiyiniz uğuru əldə etməyə mane ola bilməz. 

BALIQ

Balıqlar qırmızı xoruz ilində ehtiyatı əldən verməsinlər. Onlar partnyorlarını ideallaşdırmağa meyillidirlər. Lakin sonda xəyal qırıqlığı yaşamaq istisna edilmir. Onlar çox həsasdırlar və müdafiəyə ehtiyacları var. 2017-ci il macəralarla bol olmağa söz verir. 

Balıqlar  gələn il kütləvi pul əldə edə biləcəklər. Amma onları sürətlə xərcləmək məsləhət deyil. Düzgün qərarlar balıqlara əla kariyera qurmağa kömək edə bilər.

 
 
 
 
 
 
 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...