Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bürclər - 13 IYUN

Qoç - Bu gün diqqət mərkəzində ola bilərsiniz. Yeni tanışlıqlar asan qurulacaq, baş gicəlləndirən romanlar başlayacaq. Bir çox Qoçlar evlilik təklifləri alacaqlar. Çətin vəziyyətlərdə diplomatiklik və nəzakət köməyinizə çatacaq: hətta ən küsəyən adamlar da sizdən narazı qalmayacaqlar.

Buğa - əlverişsiz gündür. İşlər pis gedəcək. Mənfi tendensiyaların təsirinin öhdəsindən gəlməyin bir yolu var: dərhal həyatınızı dəyişməyə başlamaq. Dəyişikliklər nə qədər köklü olsa, o qədər yaxşıdır.

Əkizlər - özünüzü qoruyun: ciddi nasazlıqlar, qida zəhərlənməsi, zədə təhlükəsi var. Yaxınlarınızda münaqişələrdən qaçmağa çalışın, münasibətlərin aydınlaşdırılmasını daha sakit vaxta saxlayın. İri bazarlıqlar etmək tövsiyə olunmur. Gün hədiyyə seçimi üçün münasib deyil.

Xərçəng - o qədər də əlverişli gün deyil. Ümidlərinizin qismətində doğrulmaq yoxdur. Amma siz bununla o dəqiqə barışmaq istəməyəcəksiniz. Əksər Xərçəngləri dünyanın ədalətsizliyi hiddətləndirəcək. Bu gün üçün qurduğunuz planlar, çətin ki, həyata keçsin.

Şir - Şirlər bu gün çox qısqancdırlar (bu, bürcün adətən qısqanclıqdan uzaq nümayəndələrinə də aiddir) və bu səbəbdən sevdikləri adamla münasibətlərdə çətinliyi özləri yaradacaqlar.

Qız - tənha Qızlara sakitliyi qorumaq çətin olacaq, onlar boş şeylərə görə əsəbləşəcəklər. Xüsusi ehtiyatlılıq tələb olunur. Çünki zədələr baxımından təhlükəli gündür.

Tərəzi - borc vermək və çətin maliyə məsələlərini həll etmək tövsiyə olunmur. Ümumiyyətlə, bu gün ciddi məsələlər barədə başqalarının düşünməsi, sizin isə boş şeylərlə məşğul olmağınız ən yaxşısıdır. Xanım Tərəzilər yeni romanın başlanmasına ümid edə bilərlər.

Əqrəb - əlverişsiz tendensiyaların təsiri hiss olunsa da, çox pis gün deyil. Verdiyiniz vədlərə əməl etməyə və öhdəliklərinizi yerinə yetirməyə can atmağınız təqdirəlayiqdir. Şəxsi intizam çox faydalı olacaq.

Oxatan - yaxınlarınızla münasibətlərdə ciddi problemlər yarana bilər. Sizin davranışınızdakı olduqca kəskin dəyişiklik ətrafdakıları çıxılmaz vəziyyətə salacaq. Davranışlarınızın nədən yarandığını izah etməyə çalışın.

Oğlaq - əlverişsiz gündür. Taledən hədiyyə, ətrafdakılardan xoş sürprizlər gözləməyin. Nail olmadığınız hər şeyi yalnız öz gücünüzlə əldə edə bilərsiniz. Təbii ki, bu, yorucudur. Hansısa yeni layihə üzərində işə başlanması mümkündür. İlk addımlar çətin olacaq.

Dolça - günün müsbət tərəfləri var. Yaradıcılıq potensialı yüksəkdir və çoxlu yaxşı ideyalar yaranacaq. Maraqlı təklif və dəvətlər almağınız mümkündür. Gün böyük səyahətə başlamaq üçün münasibdir.

Balıqlar - mənfi tendensiyaların təsiri hələ də güclüdür. Bu dəfə onlar sizi hər şeydən şübhələnməyə, qısqanclığa vadar edəcəklər. Əlbəttə, istənilən informasiyanı yoxlamağa can atmaq təqdirəlayiqdir. Amma bu gün o, absurd həddinə çatacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...