Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Temperatur 38 dərəcəyə çatacaq - SABAH

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, havanın temperaturu gecə 20-23° isti, gündüz  29-34° isti, Bakıda gecə  20-22° isti, gündüz  32-34° isti olacaq. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz  33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz  22-27° isti olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...