Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bürclər - 6 İYUN

Qoç - gün sizdən cəsarət tələb edəcək. Sizsə etiraz etməyəcəksiniz. Məqsədinizə çatmaq üçün indi hər şeyə hazırsınız. Maraqlıdır ki, işiniz nə qədər artırsa, enerjiniz də o qədər çoxalır.

Buğa - rəqiblərinizin sizi nəinki ötməyə, heç sizə çatmağa belə, şansları yoxdur. Bir çox şəxsi probleminiz öz-özünə həll olunacaq. Əgər bu gün arxanızca bütün körpüləri yandırmaq istəyi yaransa, heç durmayın, deməli, elə belə də lazımdır.

Əkizlər - istənilən şəraiti öz xeyrinizə çevirə biləcəksiniz. Danışıqlarda uğur sizindir, hətta ən inadcıl skeptikləri haqlı olduğunuza inandıracaqsınız. Yaxınlarınızla münasibətlərinizin necə olacağına bu gün ancaq siz qərar verirsiniz.

Xərçəng - əgər sizin qanınız qaradırsa, onlar da əsəbi və adamayovuşmaz olacaqlar, gülsəniz - güləcəklər. Keçmiş bağlılığınız sevgiyə çevrilə bilər, amma diqqətli olun, yeni romantik münasibətlərə hazırsınızmı?

Şir - özünüz olun, prinsiplərinizi dəyişməyin. Çətinliklərə baxmayaraq, peşənizlə bağlı məsələləri asanlıqla həll edəcəksiniz. Faydalı insanlarla tanış olacaq və vaxtınızı yaxşı keçirəcəksiniz.

Qız - bir az mühafizəkar və diqqətcil olun. Günün ilk yarısı istənilən təcrübə üçün təhlükəlidir. Xüsusilə də özlərini yeni sahədə sınamaq istəyən Əkizlər ehtiyatlı olmalıdırlar.

Tərəzi - iş tərəfdaşlarınızla və rəhbərliklə aradakı anlaşılmazlığa son qoya bilərsiniz. Bir az da inad eləsəniz, vəzifənizi qaldıracaqlar. Günün ikinci yarısı sizi çox maraqlı tanışlıq gözləyir. Ciddi deyil, amma xoşdur.

Əqrəb - özgələrinin günahı ucbatından uzanan işləri bitirmək imkanınız var. İdeyalarınız o qədər yaxşıdır ki, çətin ki, kimsə onlarla razılaşmasın.

Oxatan - şəxsi münasibətlər baxımından yaxşı gündür: yaxınlarınızla ünsiyyətə heç nə mane olmur, romantik görüşlər xoş keçir. Hətta indiyədək dil tapa bilmədiklərinizlə də yaxşı anlaşacaqsınız.

Oğlaq - cəsarətli olun, çətinliklərdən qorxmayın. Asan gün deyil, ancaq uğur qazanmaq şansınız da yox deyil. İntizamlı olmağınızdan çox şey asılıdır.

Dolça - Pulları yığmaq zamanıdır. Ancaq gözləmək olmaz ki, əvəlki zəhmətinizin haqqı və ya yatırımlarınızın bəhrəsi özü gəlib sizi tapacaq. Yarını axtaranlar üçün münasib gündür.
Günün devizi: halal mal itməz!

Balıqlar - Yeni iş yerində özünüzü yaxşı tərəfdən göstərməyə tez nail olacaqsınız. Şəxsi həyatınızda sakitlikdir, arada xoş çalarlar da yaranır. Yalqız Balıqlar üçün bu gün yeni həyat başlayır, ağrılı keçmişi unudun.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...