Yerə yaxınlaşan "Ölüm asteroidi" təhlükə yaradacaqmı? - Rəsədxanadan CAVAB
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanası "Ölüm asteroidi"nin Yerə yaxınlaşmasının təhlükə yaradıb-yaratmayacağına aydınlıq gətirib.
Mynews.az bildirir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Trend-ə deyib ki, belə asteroidlər il ərzində 3-4 dəfə Yerin yaxınlığından keçirlər: "Bunlar xırda göy çisimləridir. Yerə düşsə, böyük təhlükə törədə bilərlər. Amma indi belə bir ehtimal yoxdur".
Belə asteroidlərin sürətinin böyük olduğunu qeyd edən X.Mikayılov bildirib ki, sabah asteroidin Yerin yanından keçərkən sürətinin saatda 74700 kilometr olacağı gözlənilir:
"Bu, o deməkdir ki, asteroid saniyədə 20 min km gedir. Bu, bütün göy çisimlərinin sürətinə yaxındır. Lakin bu asteroid Yerdən çox uzaq məsafədən keçir, onun heç Yerə yaxınlaşma ehtimalı yoxdur və Yer üçün təhlükəli deyil. Buna baxmayaraq, hər dəfə insanlar arasında təşviş yaradırlar".
X.Mikayılov qeyd edib ki, iyulun 11-də gecə kiçik teleskoplarla, eyni zamanda obyektivi çox böyük olan fotoaparatlarla asteroidin Yerə yaxınlaşmasını müşahidə etmək olar:
"Asteroid böyük sürətlə gəlib keçəcək. O, obyektivdə uzun, nazik xətt kimi görünəcək"
Astrologiya
- Şahdağa 20 santimetr hündürlüyündə qar yağdı - FAKTİKİ HAVA
- Ləzə, Xınalıq, Qrız, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
- Azərbaycanda müşahidə olunan isti havanın səbəbi AÇIQLANDI
- Bəzi yerlərdə sulu qar, qar yağıb - FAKTİKİ HAVA
- Hava ilə bağlı əhaliyə NÖVBƏTİ XƏBƏRDARLIQ
- Bakıda hava bu tarixdə kəskin soyuyacaq - Qış soyuğu gəlir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1113 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1100 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1100 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1097 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 994 dəfə oxunub