Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nazirlikdən açıqlama: - "Qar yağacaq..."

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bugün Bakıda və Abşeron yarımadasında arabir bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Şimal küləyi əsəcək. Abşeron yarımadasında gecə 0-2° şaxta, gündüz 1-4° isti, Bakıda isə gecə 0-2° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 80-90% təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...