Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycana bu tarixdə meteorit yağacaq - AMEA AÇIQLADI

Bu ay planetin sakinləri astronomik fenomenin şahidi olacaqlar.

Mynews.az Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən bildirir ki, avqustun 12-dən 13-nə keçən gecə Perseida meteorit axını maksimal fəallığı ilə seçiləcək.

Sözügedən axın hər il 17 iyul - 24 avqust tarixlərində baş verir. Adətən, onların fəallığının pik dövrü 9-13 avqust tarixlərinə təsadüf edir.

Keçən ildən fərqli olaraq, bu il Yer kürəsinin sakinləri daha az “düşən ulduz” görəcəklər. Belə ki, ötən il gecələr müşahidə olunan meteoritlərin sayı 200-ə çatmışdısa, cari ildə orta hesabla saatda 80 meteorit görmək mümkün olacaq. Lakin Ayın parlaq işığı meteoritlərin bir hissəsini görməyə əngəl törədəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...