Həftənin ilk iş gününə olan hava proqnozu
Bugün Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı, zəif şimal küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BiG.AZ-a verilən məlumata görə, havanın temperaturunun gecə 23-26° isti, gündüz 34-39° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 30-40 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, avqustun 7-də hava şəraitinin yağmursuz olacağı, zəif şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-26°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 28-33° isti olacaq.
Astrologiya
- Şahdağa 20 santimetr hündürlüyündə qar yağdı - FAKTİKİ HAVA
- Ləzə, Xınalıq, Qrız, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
- Azərbaycanda müşahidə olunan isti havanın səbəbi AÇIQLANDI
- Bəzi yerlərdə sulu qar, qar yağıb - FAKTİKİ HAVA
- Hava ilə bağlı əhaliyə NÖVBƏTİ XƏBƏRDARLIQ
- Bakıda hava bu tarixdə kəskin soyuyacaq - Qış soyuğu gəlir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 595 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 582 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 574 dəfə oxunub