Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sərin hava şəraiti nə vaxtadək davam edəcək?

Sərin hava şəraiti avqustun 11-nə kimi davam edəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 30-35°, bölgələrdə 33-37° isti olacağı gözlənilir. Paytaxtda arabir güclənən şimal-qərb küləyi şimal-şərq küləyi ilə əvəzlənəcək.

Mynews.az-ın xəbərinə görə, bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.

G.Məmmədova, həmçinin qeyd edib ki, sabahdan etibarən havanın hərarəti nisbətən artsa da, hələ ki, kəskin istilər gözlənilmir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...