Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yer kürəsinə nəhəng asteroid yaxınlaşır

Amerika Milli Kosmik Agentliyinin (NASA) yerətrafı potensial təhlükəli obyektləri sistematik müşahidələrə başladığı dövrdən bu yana ilk dəfə müşahidə etdiyi ən böyük asteroid Yer kürəsinə yaxınlaşır. Florens asteroidi bu gün, sentyabrın 1-də planetimizin minimal yaxınlığından - 7 milyon kilometr aralıdan keçir.

Mynews.az xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanasını elmi işçisi Vaqif Xəlilov APA-ya bildirib ki, indiyə qədər Yerə bundan da çox yaxınlaşan asteroidlər olub. Amma onların hamısının ölçüsü kiçik idi. Florens isə NASA-nın müşahidə etdiyi ən böyük obyektdir. Onun diametri 5 kilometrə çatır. Hesablamalara görə, Florens sonuncu dəfə 1890-cı ildə Yerə yaxınlaşıb. Onun özünü isə 1981-ci ildə kəşf ediblər. Asteroid Yerə birbaşa təhlükə yaratmır. Amma bu yaxınlaşma təbii kataklizmlərə səbəb ola bilər.
    
Qeyd edək ki, Florens asteroidinin növbəti dəfə planetimizə 40 ildən sonra yaxınlaşacağı gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...