Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı - AÇIQLAMA

“Növbəti günlərdə Azərbaycanda müşahidə olunacaq hava şəraitində ciddi dəyişiklik gözlənilmir”.

Mynews.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Bildirilib ki, sentyabr ayının 5-dək ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir: “Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında 32-37, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 23-25, gündüz 29-34 isti olacağı gözlənilir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...