Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabaha gözlənilən hava şəraiti açıqlandı

Sentyabrın 4-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Mynews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuzm keçəcək.

Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 21-24°, gündüz 28-33° isti, Bakıda gecə 21-23°, gündüz 30-32° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°,Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 32-37° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...