Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Havanın dəyişəcəyi ilə əlaqədar - XƏBƏRDARLIQ edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 11-i gündüzdən 12-si səhərədək  bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...