Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabah 36 dərəcə isti olacaq - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  19-21°, gündüz  33-35° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  763  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  45-55 % olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 18-də hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  18-23°, gündüz  31-36° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...