Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Meteohəssas insanlara 3 günlük - XƏBƏRDARLIQ

Sentyabrın 19-da Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz  cənub-şərq küləyi  ilə əvəz olunacaq.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə  17-21° isti, gündüz  30-35° isti, Bakıda gecə 18-20°, gündüz 33-35° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  763  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  40-50 % olacaq. 

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi müsbət amil olsa da, havada rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə  15-20°, gündüz  31-36° isti, dağlarda gecə 10-15°, gündüz 21-26° isti olacağı gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...