Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İsti havalar neçə gün davam edəcək?

Yaxın 3 gün ərzində ölkə ərazisindəki isti və yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.

Mynews.az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, mülayim cənub - şərq küləklərinin üstünlüyü müşahidə olunacaq, havanın temperaturu Bakıda 30 - 35, bölgələrdə 31 - 36, dağlıq ərazilərdə isə 21 - 26 dərəcə arasında dəyişəcək.

G.Məmmədova qeyd edib ki, sentyabr ayında isti və yağmursuz hava şəraitinin müşahidə olunması ölkə üçün xarakterikdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...