Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DİQQƏT: İstirahət günü hava yağışlı olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Abşeron yarımadasında gecə 18-22° isti, gündüz 27-31° isti, Bakıda gecə 19-21°, gündüz 29-31° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 35-40 % olacaq.

Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...