Dəhşətli soyuqlar gəlir - Həyəcan təbili çalındı - 20 elmi qurum...
Dünyanın 20-dən artıq elmi təşkilat və akademiyası dəhşətli iqlim dəyişikliyi ilə bağlı birgə məlumat yayıb.
Bu məlumatda 2017-ci ilin bəşəriyyətin məhvinin başlanğıcı tarixi olacağı bildirilir.
Beynəlxalq Metroloji akademiyalar, Kanada institutu, Çin akademiyası, Dünya Klimat Proqram sistemi kimi nüfuzlu elmi mərkəzlər son bir ilin iqlim, okean, istilik axını dəyişiklikləri qrafiklərinə və müşahidələrə əsasən Dünya birliyinə xəbərdaredici müraciət ünvanlayıblar.
"Son analizlər qlobal iqlim dəyişikliklərinin fəlakət həddinə çatdığını göstərir. Yer üzündə Kiçik Buz dövrü başlayacaq. Günəş aktivliyi Yer kürəsində tsikl dəyişikliyi artırıb. 2017-ci ildə bu, SOS həddini keçib. Yaxın illərdə güclü soyuq iqlim və buzlaşma ssenarisi işə düşəcək. 4-5 il ərzində Yer kürəsinin 80%-i bunu bütün gücü ilə hiss edəcək”.
Müraciətdə həmçinin bildirilir ki, Sakit və Atlantik okean sularının orta hərarəti kəskin olaraq aşağı düşüb: "Antarktika və Cənub yarımkürəsinin iqlimi dəyişib. Son illər orta qurşaq su kütlələri normadan artıq sürətlə 0,9 C dərəcəyə kimi soyuyur. Bu rəqəm orta əsrlər Kiçik Buz dövrü anomaliyası rəqəmlərinə yaxındır. Cənub-Çin dənizində suyun hərarətinin düşməsi Soyuq dövrün yaxınlaşmasına daha bir işarədir.
Bir sözlə, yaxın 2 ildə biz Yer kürəsində ən uzun, soyuq və amansız payız və qış aylarının canlı şahidi olacağıq”.(Bakıpost.az)
Astrologiya
- Şahdağa 20 santimetr hündürlüyündə qar yağdı - FAKTİKİ HAVA
- Ləzə, Xınalıq, Qrız, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
- Azərbaycanda müşahidə olunan isti havanın səbəbi AÇIQLANDI
- Bəzi yerlərdə sulu qar, qar yağıb - FAKTİKİ HAVA
- Hava ilə bağlı əhaliyə NÖVBƏTİ XƏBƏRDARLIQ
- Bakıda hava bu tarixdə kəskin soyuyacaq - Qış soyuğu gəlir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 939 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 587 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 578 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 578 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 575 dəfə oxunub