Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nazirlikdən XƏBƏRDARLIQ! - Daşqın GÖZLƏNİLİR - RƏSMİ

Ölkədə yağan yağışlar nəticəsində dünən respublikanın bütün çaylarında suyun səviyyəsində artım müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev Mynews.az-a bildirib ki, ən çox artım Lənkəran-Astara bölgəsindən keçən Lənkəran çayda (56 sm) və Viləşçayda (75 sm) qeydə alınıb.

Onun sözlərinə görə, payız fəslində çaylarda sululuğun artması nəticəsində daşqınlar baş verir: “Bu ilin oktyabrında da belə intensiv yağışlar davam edərsə, çaylarda daşqınların olması mümkündür. Xüsusilə, Lənkəran-Astara bölgəsi çaylarından qısamüddətli daşqınların keçməsi istisna edilmir. Çaylarda daşqınlar olarsa da belə, bu, payız fəsli üçün xarakterikdir”. 

A.Verdiyev qeyd edib ki, ölkə ərazisində belə yağıntılı hava şəraiti oktyabrın 5-dək davam edəcək. Onun sözlərinə görə, bu gün axşam, gecə və səhər yağıntıların davam edəcəyi, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir: “Oktyabrın 5-dən sonra isə havaşəraiti mülayimləşəcək və temperatur tədricən yüksələcək”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...