Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda havanın temperaturu 0 dərəcəyə qədər enəcək - PROQNOZ

Oktyabrın 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq  küləyi ilə əvəz olunacaq.

ETSN-dən Mynews.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz  15-18° isti, Bakıda gecə  10-12°, gündüz  15-17° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək  - 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.

Havanın temperaturunun gecə  8-13°, gündüz  14-18° isti, dağlarda gecə 0-5°, gündüz 6-11° isti olacağı gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...