Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Havanın temperaturu ilə bağlı PROQNOZ - "Növbəti üç gündə..."

“Növbəti üç gündə Azərbaycanda havanın temperaturu tədricən yüksələcək”.

Bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, bu gündən ölkə ərazisində hava şəraiti sabitləşib: 

“Növbəti 3 gün ərzində ölkə ərazisində hava şəraitinin sabit və yağmursuz keçəcəyi gözlənilir. Şərq küləkləri üstünlük təşkil edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək. Bəzi rayonlarda çiskin müşahidə oluna bilər. Amma hava şəraiti gün ərzində yağmursuz olacaq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...