HAVA XƏBƏRDARLIĞI - temperatur aşağı düşəcək, yağış yağacaq
Oktyabrın 16-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Mynews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, hava əsasən yağmursuz keçəcək.
Lakin günün ikinci yarısında arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-21° isti,
Bakıda gecə 14-16°, gündüz 18-20° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.
Xəbərdarlıq
Oktyabrın 16-sı günün ikinci yarısından 17-si gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti
Şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 18-23° isti, dağlarda gecə 2-7°, gündüz 7-11° isti olacağı gözlənilir.
Astrologiya
- Şahdağa 20 santimetr hündürlüyündə qar yağdı - FAKTİKİ HAVA
- Ləzə, Xınalıq, Qrız, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
- Azərbaycanda müşahidə olunan isti havanın səbəbi AÇIQLANDI
- Bəzi yerlərdə sulu qar, qar yağıb - FAKTİKİ HAVA
- Hava ilə bağlı əhaliyə NÖVBƏTİ XƏBƏRDARLIQ
- Bakıda hava bu tarixdə kəskin soyuyacaq - Qış soyuğu gəlir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 994 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 957 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 947 dəfə oxunub