Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Növbəti iki gündə hava necə olacaq? - Proqnoz açıqlandı

Növbəti iki gün ərzində Azərbaycanda sabit hava şəraiti davam edəcək.

Mynews.az xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, oktyabr ayının 20-21-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək:

“Cənub şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələcək. Bakıda havanın temperaturunun 23 dərəcəyədək artacağı gözlənilir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...