Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabaha olan hava proqnozu

Noyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. ETSN-dən verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13°, gündüz 15-18°, Bakıda gecə 11-13°, gündüz 15-17° isti olacaq.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amilərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11°, gündüz 15-20°, dağlarda gecə 2-7°, gündüz 9-14° isti olacağı gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...