Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabaha olan hava proqnozu açıqlandı - Dəyişkən buludlu olacaq

17 noyabrda gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, gün ərzində yarımadanın bəzi yerlərində arabir çiskinli olacağı, arabir tutulacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-12, gündüz 15-17, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Noyabrın 17-də gün ərzində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 
Havanın temperaturunun gecə 6-11, gündüz 15-18, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoz

Noyabrın 19-dək Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas 
insanlar üçün əsasən əlverişlidir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...