Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həftənin ilk iş gününün HAVAsı açıqlandı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin.

Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-18° isti, Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, ayrı-ayrı qərb rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...