2018-ci ilin büdcəsi nə vəd edir? - VİDEO
Gələn ilin dövlət büdcəsi bütün göstəricilərinə görə 2017-ci ildən üstündür. Gələn ilin büdcəsi hazırkı büdcədən 3 milyard manat çoxdur. Bununla yanaşı, sosial xərclər büdcənin 30 faizindən çoxunu təşkil edir. Gələn il ilk dəfə işsizlikdən sığorta fondu fəaliyyətə başlayacaq ki, bu məqsədlə də 79 milyon manat ayrılacaq.
Mynews.az "Xəzər TV"-yə istinadən bildirir ki, 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon olduğu halda, gələn ilin büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat proqnozlaşdırılıb. Bu ilin dövlət büdcəsinin xərcləri isə 16 milyard 900 milyon manat olduğu halda, gələn il dövlət büdcəsinin xərcləri isə 20 milyard 905 milyon manat nəzərdə tutulub.
Rəqəmlərdən də göründüyü kimi, 2018-ci ilin dövlət büdcəsinin əsas parametləri bu ilə nisbətən xeyli yüksəkdir. Millət vəkili Tahir Mirkişili bildirir ki, bu, Azərbaycan iqtisadiyyatının gələn il proqnozlaşdırılan artımı hesabına təmin ediləcək.
Hər zaman sosial sahəyə xüsusi diqqət yetirən hökümətin gələn il üçün nəzərdə tutulan büdcəsində də sosial yönümlü xərclərin ümumi çəkisi 32 faizdən çox nəzərdə tutulub. Bu da cari ilin büdcəsində bu məqsəd üçün ayrılan vəsaitdən çoxdur.
Millət vəkili Tahir Mirkişili onu da bildirdi ki, gələn il ilk dəfə İşsizlikdən Sığorta Fondu fəaliyyətə başlayacaq. Belə ki, bu məqsədlə ayrılacaq 79 milyon manatlıq vəsaitin yarısı 3-6 ay ərzində işsiz qalan vətəndaşların müavinət almasına yönəldiləcək. Fondun vəsaitinin yarısı isə işsiz qalan vətəndaşların şəxsi təsərrüfatının, biznesinin qurulmasına xərclənəcək.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın 2018-ci il dövlət büdcəsinin kəsiri 778 milyon manat proqnozlaşdırılır ki, bu da ümumdaxili məhsulun cəmi 1.1 faizinə bərabərdir. Bu isə beynəlxalq səviyyədə müsbət göstərici olaraq qəbul olunmuş ümumdaxili məhsulun 3 faizindən aşağıdır. Bu amil də gələn ilin iqtisadi göstəricilərinin pozitiv olmasına dəlalət edir. Ümumilikdə gələn ilin büdcəsi artmaqda olan Azərbaycan iqtisadiyyatının daha da böyüməsi və inkişafına dəstək olacaq.
Astrologiya
- Şahdağa 20 santimetr hündürlüyündə qar yağdı - FAKTİKİ HAVA
- Ləzə, Xınalıq, Qrız, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
- Azərbaycanda müşahidə olunan isti havanın səbəbi AÇIQLANDI
- Bəzi yerlərdə sulu qar, qar yağıb - FAKTİKİ HAVA
- Hava ilə bağlı əhaliyə NÖVBƏTİ XƏBƏRDARLIQ
- Bakıda hava bu tarixdə kəskin soyuyacaq - Qış soyuğu gəlir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 971 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 938 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 929 dəfə oxunub