Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Günün qoroskopu - bir qədər gözləmək lazımdır

Qoç - Bir qədər gözləmək lazımdır: yeni başlanğıclar, cəsur eksperimentlər və yaradıcılıq axtarışları üçün əlverişli vaxt bir qədər sonra başlayacaq. Hələlik isə diqqətinizi darıxdırıcı, bununla belə, diqqət tələb edən cari işlərə yönəldin. İstənilən sənədin rəsmiləşdirilməsində, hesabatların hazırlanmasında səliqə lazımdır. İstənilən ehtiyatsızlıq pis hadisələrə yol aça bilər.

Buğa - Yaxınlarınızla dil tapmaq asan olmayacaq: onların susqun narazılığını, sizin plan və ideyalarınızla razılaşmamalarını hiss edəcəksiniz. İndi əsas məsələ incikliklərdən yayınmaqdır. Bütün mübahisəli məsələləri sonra həll etmək mümkün olacaq.

Əkizlər - Şəxsi həyatda isə mənfi tendensiyalar üstünlük təşkil edir. Ona görə də ehtiyatlılıq pis olmazdı. Vədlər vermək, reallaşması çətin olan hansısa planları müzakirə etmək məsləhət deyil. Əmin olmadığınız şeyləri dilə gətirməyin: sözlərinizdən sizə qarşı istifadə edə bilərlər.

Xərçəng - Maraq oyatmayan günlərdən biridir. Çox şeyə nail olmaq olar, amma siz heç nə istəmirsiniz. Yaranan imkanlara filosofcasına sakitliklə, bəzən isə açıq etinasızlıqla baxırsınız. Gününüzü az maraqlı söhbətərlə keçirəcək və daxil olan təkliflərə cavab verməyi lazım bilməyəcəksiniz.

Şir - Bu gün çoxlu imkanlar açacaq. Amma onlardan yalnız birindən istifadə etmək olar. Bir sözlə, seçim etməli olacaqsınız. Özü də seçim etmək asan deyil. Peşə sahəsindəki fikir ayrılıqlarına sakit yanaşın. Bu gün onlar yalnız normal iş prosesinin bir hissəsidir. Hətta rəhbərliklə də hansısa uzağa gedən nəticələr olmadan ürəklə mübahisə etmək olar.

Qız - Bu gün zövqünüzə uyğun olmayacaq, olduqca çoxlu çətinlik və birmənalı olmayan hadisələr gözlənilir. Eyham və üstüörtülü söhbətlərdən xoşunuz gəlməsə də, bu gün onlardan qaçmaq mümkün olmayacaq. Sizin üçün ənənəvi fəaliyyət tərzi - qarşıya çıxan hər şeyi kürüyərək irəliləmək bu gün effektsiz olacaq. Bu gün yaranan problemləri pul gücünə həll etməyə çalışmayın.

Tərəzi - Bu gün yaradıcı axtarışlar, qeyri-standart vəzifələrin həlli üçün münasibdir. Ənənəvi işlərlə qane olmayın, hətta ilk baxışda ehtiyac hiss etməsəniz belə, yeni işlərə girişin. Təhsillə məşğul olmaq olar. Sizi nəyin cəlb etməsinin fərqi yoxdur - dəqiq elmlər, xarici dillər və ya musiqi savadı.

Əqrəb - Birmənalı olmayan və dolaşıq vəziyyət yaranacaq. Ondan baş çıxarmaq gözlədiyinizdən də çətin olacaq. Ziddiyyətli məlumat alacaqsınız. Sizə faktları təhlil etmək və düzgün nəticə çıxarmaq üçün vaxt lazımdır. Köhnə işgüzar müttəfiqləriniz ümidlərinizi doğrultmayacaq. Yenilər isə özlərini yaxşı mənada göstərəcəklər.

Oxatan - Rəğbət asanlıqla yaranacaq. Çoxları təəccüblə hiss edəcəklər ki, əvvəllər ümumiyyətlə bəyənmədikləri adamlara doğru meyl edirlər. Yeni münasibətlər zəngin və parlaq olacaq, amma davamlılığı gözlənilmir.

Oğlaq - Əgər bu gün işgüzar əməkdaşlıq başlasa, uzun müddət davam edəcək və məhsuldar olacaq. Bu (daha çox davamlılıq anlamında), həyatınızı bəzəyəcək yeni romana da aiddir.

Dolça - Uğursuzluqlar vaxtı gəldi. Bu gün işləriniz gətirməyəcək. Bürcün nümayəndələri çətin vəziyyətlərə düşəcək, aşılmaz çətinliklərlə qarşılaşacaqlar. Özü də köməyə heç kim tələsməyəcək. Nədənsə hamıya elə gəlir ki, siz problemlərin öhdəsindən təkbaşına gəlməyə üstünlük verirsiniz.
 
Balıqlar - Çox əlverişli gündür. Gözlədiyinizdən də böyük uğurlar əldə edəcəksiniz. Yeni kəşflər, uğurlu eksperimentlər mümkündür. Yaradıcı yanaşma sizə bir çox problemlərin həllində yardım edəcək. Rəqiblərinizə isə yalnız sizin zəngin fantaziyanız və geniş dünyagörüşünüzə həsəd aparmaq qalacaq. İşgüzar müttəfiqlərinizlə nəinki dil tapa biləcək, həm də onlarda unudulmaz təəssürat yaradacaqsınız.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...