Həftənin ilk iş gününə olan HAVA PROQNOZU
Ölkə ərazisində dekabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə duman, çiskin gözlənilir.
Hava gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti olacaq.
Dekabrın 25-də Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, səhər və gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Temperaturun gecə 1-6° isti, dağlıq ərazilərdə 3-8° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir. Yuxarı Qarabağ -Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava arabir yağıntılı olacaq, qar yağacaq, gündüz əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.
Sabah Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 9-13° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq, gündüz əsasən yağmursuz keçəcək. Ayı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacaq.
Mərkəzi-Aran – Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacaq, səhər və gündüz əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7° isti, gündüz 9-13° isti olacağı gözlənilir.
Dekabrın 25-də Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağış yağacaq, gündüz əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-11° isti olacaq.
Astrologiya
- Şahdağa 20 santimetr hündürlüyündə qar yağdı - FAKTİKİ HAVA
- Ləzə, Xınalıq, Qrız, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
- Azərbaycanda müşahidə olunan isti havanın səbəbi AÇIQLANDI
- Bəzi yerlərdə sulu qar, qar yağıb - FAKTİKİ HAVA
- Hava ilə bağlı əhaliyə NÖVBƏTİ XƏBƏRDARLIQ
- Bakıda hava bu tarixdə kəskin soyuyacaq - Qış soyuğu gəlir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 987 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 960 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 949 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 949 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 946 dəfə oxunub