Günün qoroskopu - nəyisə gizlədən insanlarla təmaslar istisna deyil
Qoç - maliyyə və ya əmlak məsələlərinin müzakirəsi, çözülməsi üçün əlverişli gündür. Sizi aldatmaq çətin olacaq. Aldığınız istənilən informasiyanı, xəbəri, məlumatı yoxlamaq istəyirsiniz və düz də edirisiniz.
Görüşlər, o cümlədən planlaşdırılmamış təmaslar mümkündür. Cəmiyyətdə və ya çalışdığınız sahədə yüksək mövqe tutan insanla bir araya gələ bilərsiniz.
Buğa - bu gün kiminləsə mübarizə aparmaq istəyirsiniz, amma yaxınlıqda özünüzə tay rəqib görmürsünüz. İnadkarlıq edərək belə potensial rəqib axtarışlarına yollanmayın. Yaradıcı, qurucu əməklə məşğul olun.
Bu gün yeni nə isə öyrənmək, əvvəl başlanmış işləri başa vurmaq şanslarınız çoxdur.
Əkizlər - Parlaq təəssüratlar və maraqlı hadisələr arzulasanız da, ehtiyatlı davranın, düşünülməmiş addımlar atmayın. Əks təqdirdə ciddi çətinliklərlə qarşılaşa bilərsiniz. Planlaşdırılmamış xərclər də istisna deyil.
Xərçəng - yaxşı məsləhətlər verə bilərsiniz, amma niyyət və planlarınızı ətrafınızdakı insanlara açıqlamayın. Yeni arzular, istəklər və planlar yarana bilər. Bu istəkləriniz hətta sizi əla tanıyan insanlara da qəribə gələ bilər. Emosional fon stabil deyil. Əhvalınız qəflətən dəyişə bilər.
Şir - bu gün pula ehtiyacınız artacaq. Pul qıtlığı və maliyyə çatışmazlığı əhvalınızı əməllicə korlaya bilər. Alış-verişdə ən zəruri ehtiyaclarınızın ödənilməsi ilə kifayətlənin.
Torpaq, daşınmaz əmlak və s. ilə bağlı əməliyyatları təxirə salın.
Qız - çətinliklərlə üzləşəndə yardımınıza gələ biləcək insan olmalıdır.
Bu gün maraqlı insanlarla görüşlər, qeyri-adi münasibətlərin başlanması mümkündür.
Şəxsi həyatınızla bağlı perspektiv planlar yarana bilər.
Tərəzi - bu gün düşünülməmiş hərəkətlər edə bilərsiniz. Tamah qurbanı olmayın.
Ünsiyyətə tələbat hiss edəcək, yeni tanışlıqlara can atacaqsınız.
Belə tanışlıqlara ciddi yanaşmayın. Unutmayın ki, yaxın ətrafınız bu gün əhavalınıza önəmli təsir imkanlarına malikdir. Yanında özünüzü narahat hiss etdiyiniz insanlardan uzaq durun.
Əqrəb - bu gün ciddi olduğunuzdan mühüm və məsuliyyətli işlərlə məşğul ola bilərsiniz. İstirahətə, qüvvələrinizin bərpasına vaxt tapa bilməyəcəksiniz. Yaşlı, təcrübəli insanlarla ünsiyyət xeyirdir. Onların bilik və təcrübələrindən yararlana bilərsiniz.
Oxatan - imkanlarınız hüdudsuz olmasa da, bu gün zəifliyinizi etiraf etmək istəməyəcəksiniz. Məqsədinizə çatmaq üçün dəfələrlə cəhd göstərəcəksiniz. Hər halda gün maraqlı keçəcək. Əyləncələr, qəfil alış-verişlə bağlı planlaşdırılmamış xərclər mümkündür.
Oğlaq - valideynlərlə münasibətlərə diqqət yetirin. Bu gün onlarla anlaşılmazlıqlar yaranarsa, sonradan sərinliyi aradan qaldırmaq asan olmayacaq. Ümumi mülkiyyət, planlaşdırılmış alış-verişlə bağlı mübahisələr mümkündür. Digər tərəfdən, məhz bu gün məntiqli addımlar atılarsa, plaşdırılmış işləri başa vurmaq olar. Yeni maraqların yaranması, dünyagörüşünün artması mümkündür.
Dolça - sizdən mütləq şəkildə nəyisə gizlədən insanlarla təmaslar istisna deyil. Onları ifşa etməyə çalışsanız da, səyləriniz nəticə verməyəcək. Romantik münasibətlərinizin yarana biləcəyi insanla tanışlıq üfüqdə görünür.
Balıqlar - sizə maraqlı olan insanda xoş təəssürat yaratmaq, yaxın ətrafınızın rəğbətini qazanmaq üçün əlverişli gündür. Maraqlı saatlar arzulayırsınız. Əks cinsin mənsubları sizinlə maraqlanacaqlar. Təriflər də istisna deyil.
Astrologiya
- Şahdağa 20 santimetr hündürlüyündə qar yağdı - FAKTİKİ HAVA
- Ləzə, Xınalıq, Qrız, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
- Azərbaycanda müşahidə olunan isti havanın səbəbi AÇIQLANDI
- Bəzi yerlərdə sulu qar, qar yağıb - FAKTİKİ HAVA
- Hava ilə bağlı əhaliyə NÖVBƏTİ XƏBƏRDARLIQ
- Bakıda hava bu tarixdə kəskin soyuyacaq - Qış soyuğu gəlir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 965 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 926 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 917 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 916 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 914 dəfə oxunub