Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlin ilk iş gününün HAVASI

Azərbaycanda yanvarın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olma ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-10° isti təşkil edəcək.

Azərbaycan rayonlarında yanvarın 4-də hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...