Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 6-da Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı məlumatı açıqlayıb.

Qurumdan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 8-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Yanvarın 6-da  bəzi yerlərdə çiskinli yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoz

Yanvarın 8-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. İqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...