Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycana 50 sm hündürlüyündə qar yağdı - YENİLƏNİB

Cənub bölgəsində qeyri-sabit hava şəraiti davam edir. Fasiləsiz olaraq yağan yağışdan sonra cənub bölgəsinin bəzi yerlərində qar yağıb.

Mynws.az-ın APA-ya istinadən məlumatına görə, Masallı, Lənkəran, Astara da yağışlı hava hökm sürsə də artıq Yardımlı və Lerik rayonlarına qar yağıb. Lerik rayonun mərkəzində qarın qalınlığı 26 sm-ə, dağlıq ərazilərdə isə 40-50 sm-ə çatır. Dağ yollarında avtomobillərin hərəkətində çətinliklər yaranıb.

Hazırda Lənkəran-Lerik yolunda avtomobillərin hərəkətində heç bir çətinlik yaşanmır.

Yardımlı rayonunun da ucqar dağlıq ərazilərində qarlı hava şəraiti davam edir. Burada 20 sm-ə yaxın qar yağıb.

Ümumilikdə isə bölgədə havanın temperaturu mənfi 3 dərəcəyə düşüb. Dağlıq ərazilərdə bəzi yerlərdə 5, bəzi yerlər də isə 6-7 dərəcə şaxta var.

Hazırda saniyədə 10-15 metr sürətlə Şimal-Qərb küləyi əsir. Qeyri-sabit hava şəraitinin yanvar ayının 28-ə kimi davam edəcəyi proqnozlaşdırılır.

----------

12:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yanvarın 26-sı gündüzdən 27-si səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, sulu qar, qar yağıb. Bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-18, Böyük Qafqazda 1-7, Qazax-Gəncə zonasında 1-6, Mərkəzi-Aran rayonlarında 1-20, Naxçıvan MR-da 4-5, Kiçik Qafqazda 4-5, Lənkəran-Astara zonasında 7-26 mm olub.

Qar örtüyünün hündürlüyü Rvarudda 26, Lerikdə 20, Şahdağ, Yardımlıda 19, Sarıbaş, Kəlvəzdə 12, Altıağac, Kişçayda 10, Oğuz, Şamaxıda 6, Qırızda 5, Qəbələ, İsmayıllı, Mərəzədə 4, Gədəbəy, Ağdərə, Qusarda 3, Göygöl, Quba, Xaltanda 2, Şərur, Şəki, Xınalıqda 1 sm təşkil edib.

Duman Daşkəsən, Göygöl, Balakən, Qəbələ, Şəki, Qusar, Sarıbaş, Kişçayda müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşmışdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...