Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ!
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BiG.AZ-a verilən məlumata görə, martın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq.
Cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
ETSN xəbərdarlıq edir ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 4-ü gündüzdən 6-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.
Astrologiya
- Şahdağa 20 santimetr hündürlüyündə qar yağdı - FAKTİKİ HAVA
- Ləzə, Xınalıq, Qrız, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
- Azərbaycanda müşahidə olunan isti havanın səbəbi AÇIQLANDI
- Bəzi yerlərdə sulu qar, qar yağıb - FAKTİKİ HAVA
- Hava ilə bağlı əhaliyə NÖVBƏTİ XƏBƏRDARLIQ
- Bakıda hava bu tarixdə kəskin soyuyacaq - Qış soyuğu gəlir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 968 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 932 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 923 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 922 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 920 dəfə oxunub