Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabah hava belə olacaq - Proqnoz açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Şimal-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti təşkil edəcək.

Fevralın 26-da Naxçıvan Muxtar Respublikasında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq. Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, LaçınKəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Günün ikinci yarısında tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir. QazaxGəncəGoranboyTərtərAğdamFüzuliCəbrayılrayonlarında bəzi yerlərdə arabir yağış yağacağı ehtimal edilir. Gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.

Sabah BalakənZaqatala, Qax, Şəki, OğuzQəbələ, İsmayıllı, su, Şamaxı, Siyəzən, ŞabranXızı, Quba, XaçmazQusar rayonlarında gecə və səhər duman, çiskin olacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti təşkil edəcək. Mərkəzi-Aran - MingəçevirYevlaxGöyçayAğdaşKürdəmir, İmişli, cabədi, Beyləqan, Sabirabad, Biləsuvar, SaatlıŞirvanHacıqabulSalyanNeftçala rayonlarında gecə və səhər duman, çiskin olacağı, gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 8-13° isti olacağı ehtimalı var. MasallıYardımlıLerikLənkəranAstara rayonlarında səhər bəzi yerlərdə çiskin olacağı, gündüz arabir yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-9° isti təşkil edəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...