Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu gün 20 dərəcə isti olacaq

Bu gün Azərbaycanda havanın temperaturu daha 4-6 dərəcə yüksələcək.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda mülayim, yağmursuz hava şəraiti müşahidə ediləcək, cənub-qərb küləyi üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu 11-16, Mərkəzi Aran rayonlarında 15-20, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...