Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yerə nəhəng asteroid yaxınlaşır

Bu gün gecə saatlarında Yer planetinə Eyfel qülləsi böyüklüyündə asteroid yaxınlaşacaq.

Mynews.az oxu.az-a istinadən xəbərinə görə, bu barədə “Daily Star” NASA mütəxəssislərinə istinadən məlumat yayıb.

Şərti olaraq “2018 CB” adlandırılmış asteroid Qrinviç vaxtı ilə 22.30-da (Bakı vaxtı ilə 01:30-da) yerə ən yaxın məsafədən keçəcək.

Saniyədə 8 kilometr sürətlə uçan asteroid planetimizə 63 min kilometrə qədər yaxınlaşacaq.

Alimlər planetlə toqquşma riskinin olmadığını bildirir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...