Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yer kürəsi nəhəng asteroid təhlükəsi ilə üzləşib

50 milyard tonluq asteroid Yer kürəsinə yaxınlaşmağa başlayıb.

Mynews.az Rusiya KİV-nə istinad edərək bilidirir ki, nəhəng kosmik obyektin maksimal diametri 5.4 kilometrdir.

Alimlərin məlumatına görə, Tautatis (4179) (asteroidi belə adlandırıblar) – Yer kürəsinə tez-tez yaxınlaşan səmavi cisimlər qrupuna aiddir. Asteroidin qeyri-adi formasını izah etməyə çalışan mütəxəssislər belə nəticəyə gəliblər ki, əvvəllər o iki hissədən ibarət olub, sonra isə müəyyən olunmamış səbəblərdən birləşib.

Düzgün olmayan forması səbəbiylə asteroidin dəqiq orbitasını hesablamaq mümkün deyil, bu isə o deməkdir ki, o, potensial təhlükə yaradır.

Yer kürəsi ilə toqquşması nəticəsində yerdə nüvə qışı yaranacaq, amma yer əhalisinin sağ qalmaq şansı olacaq.a

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...