Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çoxumuz bürcümüzü səhv bilirik - ARAŞDIRMA

Çoxumuz bürcümüzü səhv bilirik

Astrologiya əsrlər boyu insanların diqqətini cəlb edib. Araşdırmalara görə, insanların 90%-i doğum tarixinə uyğun olaraq, bürcünün özəlliklərini oxuyur. Beləliklə, astrologiya mətbuatın ayrılmaz hissəsinə çevrilib. Lakin bütün bu ümumi maraqlara baxmayaraq, çoxumuz bürcümüzü səhv bilirik.

Metbuat.az xəbər verir ki, astrologiyanın tarixi 3000 il əvvələ, Mesopotamiyadakı babillilərə gedir. Babillilər səmanı diqqətlə izləyərək ulduz qruplarını müəyyənləşdiriblər. Bu ulduzların böyük bir kürədə olduğuna inanan babillilər bəzi fəsillərdə həmin ulduzların yoxa çıxdığını kəşf ediblər. Günəş, Ay və planetlərin bu ulduz kürəsinin üzərində hərəkət etdiyini, ulduzlara görə yerlərini dəyişdiklərini müşahidə ediblər. İl boyu Günəş, Ay və planetlər səmanın Zodiak olaraq tanınan 12 ulduz qrupundan ibarət bölgəsindən keçirdi. Yerin Günəş ətrafında hərəkəti nəticəsində hər gün Günəş Yer və bu ulduzlardan birinin arasında qalırdı. Beləliklə, bu ulduzlara fərqli mifoloji adlar verildi və bürclər yarandı.

Zodiak Qərbə sürüşüb

Son üç min il ərzində Yerdən baxanda səmanın görüntüsünün dəyişdiyini gördük. Yerin fırlanma oxu tədricən Ayın cazibəsi nəticəsində istiqamətini dəyişdi və bu, orbital rəqs adlanır. Yəni Yerin dönmə oxu hər 25 800 il ərzində başa çatan dairəvi hərəkətlər edir. Bu da ulduzların minlərlə il sonra fərqli görünməsinə səbəb olur. Nəticədə, Yerin şimalını müəyyən edən ulduz da dəyişir. Bu gün bu ulduz Arktik ulduzdur. Ancaq həmişə belə deyil. Eramızdan əvvəl 1500 və 300-cü illərdə şimalı Beta UMI ulduzu müəyyənləşdirirdi. Təxminən 13 min il sonra isə Arktik ulduzun yerinə Vega ulduzu olacaq.

Orbital transformasiya nəticəsində Zodiak 36 dərəcə Qərbə sürüşüb. Bu gün Zodiaka 12 yox, 13 bürc daxildir. 13-cü bürcün adı isə İlantutandır. Sürüşmə nəticəsində bürclərin tarixləri dəyişdiyi üçün bizim doğuldumuz günlə bugünkü bürcümüz uyğun gəlmir. Buna görə də çox insan bürcünü səhv bilir və bürc köşələri səhv məlumatlar nəticəsində qurulur.

Bundan sonra astrologiya səhifələrinə baxanda əsl bürcünüzə baxmağı da unutmayın. Əslində hər hansı bürcü seçib müntəzəm oxusanız, aid olduğunuzu düşündüyünüz bürc qədər bənzədiyini görəcəksiniz. Çünki astroloqlar onsuz da bir çox insana aid olan məlumatlarla çıxış edirlər. Və insan uğursuz proqnozları qısa müddətdə unudur, lakin uğurlu və özünə aid olanları hər zaman xatırlayır. Elmi baxımdan, ulduzlar insan həyatına və şəxsiyyətinə təsir göstərmir. Üstəlik, bu yanlış fərziyyəyə əsaslanaraq hesablanan bürclərin sürüşməni nəzərə almadığı da bir başqa tragikomik hadisədir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...