Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Günün ulduz falı - 19 may, 2018

Qoç – Bu gün sakitliyinizi qorumağa çalışın. Yaradıcılıq sahəsində öz peşəkarlığınızı nümayiş etdirə bilərsiniz. Bu gün xoşagəlməz söhbət olacaq. Günün ilk yarısında planlarınız pozula bilər.

Buğa – Yaradıcılıqla məşğul olan buğalar üçün yaxşı gündür. Bir çoxları mükafat və ya qonorar ala bilər. Bu gün tərəfdaşlarınızla dil tapacaq, harmoniya içində yaşayacaqsınız. Axşam üstü idmanla məşğul olmağınız məsləhətdir.

Əkizlər – İşgüzar söhbətlər üçün yaxşı gündür. Bu gün tərəfdaşlarınızdan asılı vəziyyətdə olacaqsınız. Buna görə də planlarınızı həyata keçirərkən sizə kömək etmiş insanları unutmayın. Sevgilinizin və ya həyat yoldaşınızın qohumları sizdən yardım istəyəcəklər. Axşam üstü əsəblərinizi korlayacaqlar.

Xərçəng – Bu gün özünüzü sizi çulğalayan hisslərinizə verin. Günün ikinci yarısında yediklərinizə diqqət edin. Ürək damar xəstəliyi olanların problemləri yarana bilər. Əmək haqqının artırlması barədə söhbətlər bəhrəsini verə bilər.

Şir – Bu gün əqli və fiziki işlər üçün uğurlu gündür. Dostlarınızla və qohumlarınızla telefon danışıqları ürəyinizi açacaq. Ürəyinizə yatan adamlarla söhbət ruhunuzu oxşayacaq. Böyük arzulardan və keçici həvəslərdən uzaq durun.

Qız – Bu gün planlaşdırılmamış xərclər ortaya çıxacaq. Qənaətcil olun. Hər şey sizin özünüzü ələ almaq qabiliyyətinizdən asılıdır. Faydalı iş təklifləri alsanız qəbul edin. Uşaqlara diqqət ayırın.

Tərəzi – Bu gün enerjiniz bol olacaq. Etimad etdiyiniz birisiylə söhbət öz gücünüzə inamı qaytaracaq. Cəsur layihə həyata keçirə bilərsiniz. Günün ilk yarısında planlarınız pozula bilər.

Əqrəb – Bu gün həyəcanla dolu olacaq. Yaxın adamınızla bağlı narahatlıq keçirəcəksiniz. Biznesmenlər faydalı müqavilələr bağlaya bilərlər. Bu gün nəyəsə razılıq verməyə tələsməyin. Bu davamlı xətalara yol aça bilər. Axşamı idman zalında keçirməyiniz məsləhətdir.

Oxatan – Bu gün həmkarlarınızla ünsiyyətdə çətin gün hesab oluna bilər. Bir və ya bir neçə yerdən əlinizə pul gələ bilər. Sevdiyiniz adamla münasibətlərinizə aydınlıq gətirmək zamanıdır. Axşam tərəfi əsəbi olacaqsınız.

Oğlaq – Bu gün işdə ehtiyatlı və diqqətli olun. Sevgi məyusluğunun öhdəsindən çətinliklə gələcəksiniz. Birdən – birə bir neçə işə əl atacaq və hamısını sona çatdıra biləcəksiniz. Maaşlarınızda artım gözlənilir.

Dolça – Bu gün işinizdə ciddi dəyişikliklər gözlənilir. Axşam üstü sevindirici xəbərlər ala bilərsiniz. Doğmalarınıza baş çəkin. Yersiz istəklərdən çəkinin.

Balıqlar – Bu gün siz təşkilatlanmısınız, böyük işlər görmək gücünüz var. Əhvalınız pozulacaq, ünsiyyətindən ləzzət aldığınız dostlarınızla görüşməyə çalışın. İdmanla məşğuliyyət zədə ilə nəticələnə bilər. Uşaqlarınıza diqqət ayırın.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...