Həftənin ilk iş günü üçün hava proqnozu

Martın 13-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Mynews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq.
Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.
Ölkənin qərb rayonlarında arabir yağış yağacağı, şərq rayonlarında havanın, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Sürücü əli ilə saxlamaq istədiyi yük maşınının altında qalıb öldü - ANBAAN VİDEO 925 dəfə oxunub
- Prezident Azərbaycan İnvestisiya Holdinqinə yeni səlahiyyətlər verdi 916 dəfə oxunub
- Bakıda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ 914 dəfə oxunub
- Paşinyan xəstəxanaya çatdırıldı - Sui-qəsd törədən 3 əli silahlı şəxs…. 912 dəfə oxunub
- Qiymət artımı ilə bağlı qərar QƏBUL EDİLDİ 597 dəfə oxunub
loading...