Qar yağacaq, külək əsəcək - İstirahət günlərinin hava proqnozu
İstirahət günləri üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Noyabrın 25-də hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 8-13, dağlıq rayonlarda 0-5 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın maksimal temperaturu 8-11, dağlıq rayonlarda 4-7 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında arabir yağış yağacağı gözlənilir. Noyabrın 25-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-nın bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Noyabrın 24-də gündüz, 25-də əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının nəzərinə isə çatdırırıq ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Noyabrın 24-də gündüz mülayim şimal-qərb küləyi 25-də arabir güclənən cənub küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 9-12 dərəcə isti təşkil edəcək.
Astrologiya
- Şahdağa 20 santimetr hündürlüyündə qar yağdı - FAKTİKİ HAVA
- Ləzə, Xınalıq, Qrız, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
- Azərbaycanda müşahidə olunan isti havanın səbəbi AÇIQLANDI
- Bəzi yerlərdə sulu qar, qar yağıb - FAKTİKİ HAVA
- Hava ilə bağlı əhaliyə NÖVBƏTİ XƏBƏRDARLIQ
- Bakıda hava bu tarixdə kəskin soyuyacaq - Qış soyuğu gəlir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 952 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 909 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 599 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 599 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 596 dəfə oxunub