Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumatına görə, dekabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeronda gecə 4-6°, gündüz 7-11° isti, Bakıda gecə 4-6°, gündüz 8-10° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5°şaxta, gündüz 3-6° isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, dekabrın 23-dən 25-dək bəzi rayonlarda qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...