Yollar buz bağlayacaq - PROQNOZ
18 yanvarda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumatına görə, xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq öz qüvvəsindədir.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən, yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək.
Havanın temperature Bakıda və Abşeron yarımadasında gecə 0-2, gündüz 4-6 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yuxarı 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-4 dərəcə şaxta təşkil edəcək.
Əsasən, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Astrologiya
- Şahdağa 20 santimetr hündürlüyündə qar yağdı - FAKTİKİ HAVA
- Ləzə, Xınalıq, Qrız, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
- Azərbaycanda müşahidə olunan isti havanın səbəbi AÇIQLANDI
- Bəzi yerlərdə sulu qar, qar yağıb - FAKTİKİ HAVA
- Hava ilə bağlı əhaliyə NÖVBƏTİ XƏBƏRDARLIQ
- Bakıda hava bu tarixdə kəskin soyuyacaq - Qış soyuğu gəlir
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 968 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 936 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 927 dəfə oxunub